Şri-Lankada dəhşətli qasırğa - 158 ölü, 200 itkin

10:38 - 01 Dekabr 2025

Şri-Lankada dəhşətli qasırğa - 158 ölü, 200 itkin

Şri-Lankada təsirli olan Ditvah qasırğası nəticəsində 159 nəfər həlak olub, 200 nəfər isə itkin düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şri-Lanka Fəlakətlərin İdarə Olunması Mərkəzinin yaydığı məlumata əsasən, Ditvah qasırğası ən çox insan tələfatına Kandi və Badulla bölgələrində səbəb olub. Rəsmi açıqlamada 159 nəfərin həyatını itirdiyi, 200 nəfərin isə itkin olduğu bildirilib.

Rəsmilər qeyd ediblər ki, 20 mindən artıq ev dağılıb, 108 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib. Qasırğanın ardınca elan edilən fövqəladə vəziyyət səbəbindən ölkənin təxminən üçdə biri elektrik və su təchizatından məhrum olub.

Açıqlamada həmçinin Ditvah qasırğasının ümumilikdə 373 min 428 nəfərə təsir göstərdiyi, bir çox bölgədə on minlərlə insanın yaşadığı yerləri tərk etməyə məcbur qaldığı vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az