Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalətinin Sidneydən cənub-qərbdəki Wedderburn bölgəsində iki kiçik təyyarənin hava məkanında toqquşması nəticəsində bir pilotun həyatını itirdiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, NSW polisinin yaydığı rəsmi açıqlamada, hadisənin Wedderburn bölgəsində baş verdiyi qeyd olunub.
Açıqlamada, təyyarələrdən birinin yaxınlıqdakı meşəlik əraziyə düşdüyü və pilotun hadisə yerində həyatını itirdiyi vurğulanıb.