Putindən yeni viza QƏRARI

13:32 - 01 Dekabr 2025

Putindən yeni viza QƏRARI

Rusiya Prezidenti Vladimir Putin, Çin vətəndaşlarının 30 günə qədər vizasız Rusiyaya girməsinə icazə verən fərmanı imzalayıb.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə,  Çin vətəndaşları, Rusiyaya vizasız səyahət edə biləcəklər. Rusiya Prezidenti Vladimir Putin, Çin vətəndaşlarına vizasız səyahət imkanı verən fərmanı imzalayıb.

Fərman çərçivəsində turistlər, işgüzar səfərlər, akademik fəaliyyətlər, eləcə də incəsənət və idman sahəsində fəaliyyət göstərən şəxslər 30 günlə məhdud olmaq şərti ilə Rusiyaya vizasız səyahət edə biləcəklər. Lakin bu qərar Çinli miqrant işçiləri, uzun müddətli tələbələr, həmçinin logistika və nəqliyyat sahəsində çalışanları əhatə etməyəcək. 14 sentyabr 2026-cı ilə qədər qüvvədə olacaq olan bu tətbiq, Pekinin bir çox Rusiya vətəndaşına vizasız Çinə girmə haqqı verməsi ilə bağlı atdığı addıma qarşılıq olaraq qəbul edilib.

Çin də sentyabr ayında etdiyi açıqlamada 15 sentyabr tarixindən etibarən bir il ərzində Rusiya vətəndaşlarına 30 günə qədər vizasız Çin səfərləri etmə imkanı tanıyacağını bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az