Həyat yoldaşını və uşağını öldürən şəxs intihar etdi - Türkiyədə DƏHŞƏT

14:18 - 01 Dekabr 2025

Həyat yoldaşını və uşağını öldürən şəxs intihar etdi - Türkiyədə DƏHŞƏT

Samsunun Bafra rayonunda həyat yoldaşını və uşağını bədbəxt hadisə kimi qələmə verərək öldürən həkim Serdar Kıyak olduğu həbsxanada intihar edib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kıyakın zibil torbasından istifadə edərək kamerasındakı havalandırma pəncərəsinin məhəccərindən özünü asdığı ​​bildirilib. Kıyak daha əvvəl həbsxanada özünü asaraq intihara cəhd etmişdi.

Qeyd edək ki, 12 sentyabr 2025-ci ildə Samsunun Bafra rayonunda avtomobilinin Kızılırmak çayına aşması nəticəsində ana və üç yaşlı uşağı həlak olub. Hadisəni qəza kimi ört-basdır edən həkim Serdar Kıyak həbs edilib. Bafra Qapalı Həbsxanasında özünü asaraq intihara cəhd edən və daha sonra Elazığ Cəzaçəkmə Müəssisəsinə köçürülən Kıyak orada intihar edib.

Hadisə 12 sentyabr 2025-ci ildə Samsunun Bafra rayonunun Asarkale bölgəsində baş verib. Məlumata görə, həkim Serdar Kıyakın idarə etdiyi avtomobil təxminən 30 metr dərinlikdən Kızılırmak çayına düşüb. Kıyak avtomobildən düşə bilib və yüngül xəsarətlərlə xilas olub. Lakin avtomobildə olan həyat yoldaşı Gülşah Karaman Kıyak və 3 yaşlı uşağı avtomobillə birlikdə suda qalıb.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az