Hakan Sabancı ilə münasibətlərini təxminən bir ay əvvəl bitirən aktrisa Hande Erçel haqqında ortaya atılan bir iddia, Türkiyə mətbuatın müzakirələrə səbəb olub. İddiaya görə, gözəl aktrisanın həyatında yeni biri var.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hande Erçel və Hakan Sabancı cütlüyü, yaşadıqları münasibətlə diqqətləri üzərlərinə çəkməyi bacarmışdılar və sentyabr ayında ayrıldıqlarını açıqlamışdılar. 3 illik əlaqələrini bitirən cütlüyün yenidən bir araya gəlməsi gözlənilsə də, ikisinin bir-birlərini sosial şəbəkələrdə izləməməsi pərəstişkarlarını məyus etmişdi.
Hakan Sabancı ilə yollarını ayıran Hande Erçel haqqında mətbuat gündəmində böyük bir iddia səsləndirildi. Bir televiziya proqramının aparıcısı, gözəl aktrisa haqqında "Yüzdə bir milyon... İspatlayamam, amma Hande Erçel-in həyatında yeni biri var" ifadələrini işlədib. Qısa müddətdə yayılan bu şayiələr qarşısında Hande Erçel-in açıqlama verib-verməyəcəyi isə maraq doğurub.