LUNA-q kosmasa buraxıldı 

17:55 - 01 Dekabr 2025

LUNA-q kosmasa buraxıldı 

ASELSAN, Kosmos əsaslı Əşyaların İnterneti (IoT) həlli ailəsinin ilk peyki LUNA-1-in, 28 noyabr 2025-ci ildə ABŞ-ın Kaliforniya ştatından SpaceX Falcon-9 raketi ilə Transporter-15 missiyası çərçivəsində uğurla buraxıldığını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ASELSAN-dan verilən məlumata görə, "Missiya yükləri, yer kontrol proqram təminatları və uçuş kompüteri daxil olmaqla bütün layihə, inkişaf, istehsal, inteqrasiya və test mərhələləri ASELSAN mühəndisləri tərəfindən tamamlanan LUNA-1, fırlatmadan təxminən bir saat sonra daşıyıcı raketdən ayrılaraq 510 km hündürlükdə olan polar sinxron orbitə yerləşdi. Peykdən alınan ilk telemetriya məlumatları Ankaradakı yer stansiyası tərəfindən uğurla çözülüb və peykin sağlam şəkildə işlədiyi təsdiqləndi. Bu uğurla Türkiyə, aşağı orbitdə real vaxtda məlumat ötürülməsi təmin edən milli IoT peyk şəbəkəsini qurmaq məqsədində yeni bir mərhələyə keçmiş oldu."

LUNA-1-in təqdim etdiyi imkanlar bunlardır: aşağı gecikməli məlumat ötürülməsi, geniş əhatə dairəsi - kənd yerlərindən açıq dənizlərə qədər, az enerji sərfiyyatı ilə uzun ömürlü IoT bağlantısı, geniş ərazi sensor məlumat ötürülməsi, ətraf mühit məlumatlarının toplanması üçün ideal infrastruktur. LUNA-1 ilə sensorların əlaqəsinin kəsilməsinin çətin olduğu bölgələrdə belə, əlaqə davamlılığı hədəflənir. Aşağı orbit peykimiz, real vaxtda, kesintisiz və aşağı maliyyətli IoT əlaqəsini mümkün edir."


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az