Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya, FETÖ-nün cari strukturuna qarşı son 37 gündə aparılan əməliyyatlar nəticəsində 121 şübhələnin yaxalandığını və 58-nin həbs edildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şübhəlilərin təşkilatın şifrəli mesajlaşma proqramı ByLock-u istifadə etdikləri və sosial mediada FETÖ-nün təbliğatını apardıqları müəyyən edilib.
Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya, son 2 həftədə keçirilən əməliyyatlar barədə sosial media hesabında məlumat yayıb. Şübhəlilərdən 58-i məhkəmələr tərəfindən həbs edilib, 29-u barədə isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Digər şəxslərin isə əməliyyatları davam edir. Həmçinin, əməliyyat zamanı, cəzası təsdiqlənmiş və axtarışda olan şəxslər də yaxalanıb.