Bülent Ersoy Kayseridəki konsertində gərgin anlar yaşanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, mikrafonu yerə atan müğənni işçilərdən birini yanına çağırıb, yüksək səslə bir şeylər deyərək barmağını silkələdiyi müşahidə olunub. Konsertin davamında Ersoy bu dəfə bir izləyicisinə "Sən bir səsini kəsə bilərsənmi? 2 min manat verib, durmadan danışır. Bir susa bilərsinizmi?" - deyə sərt şəkildə reaksiya verib.
Sahnədə baş verən gərginlik izləyicilərdə böyük təəccüb yaradıb.