Məşhur türkiyəli aktyor Murat Cemcir keçən çərşənbə günü evində qəflətən xəstələnərək xəstəxanaya aparılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparılan müayinələr nəticəsində Cemcirin daxili qanama keçirdiyi müəyyən edilib və sürətlə reanimasiyaya götürülüb. Xəstəxanadan verilən açıqlamada, Cemcirin müalicəyə müsbət cavab verdiyi və bu gün reanimasiya şöbəsindən çıxarılacağı bildirilib.
Məşhur aktyor Murat Cemcir, keçən çərşənbə günü evində qəflətən xəstələnib və vəziyyəti pisləşdikdən sonra təcili yardım vasitəsilə Maslaktakı xüsusi xəstəxanaya aparılıb.