Cənubi Koreyada IP kameralarından istifadə edən 120 min yaşayış və iş yeri haker hücumuna məruz qalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xüsusi görüntülərin internetdə pul müqabilində satıldığı müəyyən edilib. Cənubi Koreyada 120 mindən çox ev və iş yerinin kameralarını hakerləyən bir qrup, əldə etdikləri cinsi məzmunlu görüntüləri internetdə yayıb. Polis tərəfindən verilən açıqlamaya görə, 4 şübhəli, IP kameralarının sadə şifrələrindən və digər təhlükəsizlik boşluqlarından istifadə ediblər. Şübhəlilərin həbs olunduğu bildirilib.