Məşhur aktrisa Sienna Miller 2025 Moda Mükafatlarının qırmızı xalısında üçüncü dəfə ana olacağını ağ rəngli tül paltarla elan edərək gecəyə damğa vurdu. Eyni tədbirdə müğənni Ellie Goulding də hamilə olduğunu açıqladı.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hollivud ulduzu Sienna Miller, 43 yaşında üçüncü uşağına hamilə olduğunu 2025 Moda Mükafatlarının qırmızı xalısında açıqladı. Uzun müddət gözlərdən uzaq olan aktrisanın yoxluğunun səbəbi də beləliklə məlum olmuş oldu.
Londonun mərkəzində, bazar ertəsi gecəsi keçirilən mükafat mərasiminə ağ tül paltarda qatılan Miller, həm zərifliyi, həm də verdiyi xəbərlə gecənin ən çox danışılan simalarından biri oldu.