Qəzzada daha bir jurnalist həlak oldu

21:41 - 02 Dekabr 2025

Qəzzada daha bir jurnalist həlak oldu

İsrail ordusunun Qəzzaya hücumu nəticəsində daha bir jurnalist həlak olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə hökumətin Qəzzadakı Media Ofisinin məlumatında bildirilir.

Məlumata görə ordu Qəzza zolağının cənubundakı Sarı Xəttdən kənarda yerləşən və İsrailin nəzarəti altında olmayan Xan Yunisə hücum edib.

Hücum nəticəsində fələstinli fotojurnalist Mahmud Vadi həlak olub.

Bununla da 7 oktyabr 2023-cü ildən bəri Qəzzada öldürülən jurnalistlərin sayı 257-yə çatıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az