ABŞ hakimiyyəti bu il tətbiq olunan səyahət qadağaları çərçivəsində 19 ölkə vətəndaşının miqrasiya müraciətlərini müvəqqəti olaraq dayandırıb. ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətləri (USCIS), bütün sığınacaq müraciətlərinin təxirə salınmasını tələb edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətlərinin (USCIS) rəsmi saytından verilən açıqlamaya görə, ABŞ hakimiyyəti, bu il tətbiq olunan səyahət qadağaları və məhdudiyyətləri çərçivəsində 19 ölkə vətəndaşının miqrasiya müraciətlərini müvəqqəti olaraq dayandırıb.
Açıqlamada, həmin tədbirlər çərçivəsində USCIS əməkdaşlarına "əhatəli bir yoxlama aparılana qədər, şəxsin vətəndaşlığından asılı olmayaraq, bütün I-589 Formlarını (Sığınacaq və Deportasiya Qadağası Müraciəti) və kömək müraciətlərini dayandırmaları" əmrinin verildiyi bildirilib.