Avropada "Google" xidmətlərində yaşanan kəsintilər istifadəçilərin diqqətini cəlb edib. Axtarış, "YouTube" və "Gmail"ə girişi təmin etməkdə çətinliklər yaşanarkən, bəzi iddialara görə "WhatsApp"da da problemlər baş verir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa üzrə Google xidmətlərində birdən-birə yaşanan girişi problemləri, istifadəçilərin diqqətini çəkib. Axtarış mühərriki, "YouTube" və "Gmail"ə daxil olmaqda çətinliklər yaşanarkən, bəzi hesabatlara görə "WhatsApp"da da zaman-zaman əlaqə kəsintiləri meydana gəlib.
Rəsmilər, "WhatsApp"da texniki nasazlıq və ya xidmət kəsintisinin olmadığını açıqlayıb. İstifadəçilərin qarşılaşdığı əlaqə problemlərinin böyük əksəriyyəti cihaz və ya internet təminatçısından qaynaqlanır.