ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki Kabinet iclasında yuxuladığı anları ilə diqqət çəkib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, iki saatdan uzun davam edən iclasda nazirlərin təqdimatları zamanı Trampın gözlərini bağlayıb kreslosuna söykəndiyi anlar kameralarda əks olundu. Trampın bu görüntüləri ilə əlaqədar olaraq, bir zamanlar keçmiş ABŞ prezidenti Co Bayden üçün dediyi "Yatağan Co" ifadələri xatırlanmağa başladı.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki Kabinet iclasında kameralar önündə gözləri yumulu vəziyyətdə yaxalandı. Nazirlərin təqdimatları zamanı onun yuxulama anları sosial mediada gündəm olub.