Uğurlu aktrisa, senarist və prodüser Gupse Özay karyerası, şəxsi həyatı və yeni layihələri ilə tez-tez mətbuatın gündəmində yer alır. Son dövrlərdə "Netflix"də yayımlanan və kiçik yaşlardakı Özayın həyatını mövzu edən animasiya filmi Gupi ilə uşaqların da sevgisini qazanan tanınmış sima, bu dəfə sosial mediada nostalji havası yaratdı.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Barış Arduç ilə xoşbəxt bir evlilik yaşayan Özayın, cütün Jan Asya adlı bir qızı var. Sadə, isti və səmimi ailə həyatı ilə diqqət çəkən Özay, təbii gözəlliyi ilə də izləyicilərinin rəğbətini qazanır.
Son paylaşımı ilə keçmişə səyahət edən Gupse Özay, bir dostunun yaratdığı 2002-ci il məzunları qrupunun sayəsində son dörd gündür köhnə şəkillər və xatirələrlə nostalji yaşadığını bildirib. O, illər öncədən qalmış məktəb fotoşəklini izləyiciləri ilə paylaşaraq, göndərisinə belə bir qeyd əlavə edib:
"Hey gidi... Kiçik Gupse, 2002 məzunları qrupunu açıb bizi 4 gündür orta məktəb və liseyə aid şəkillərlə nostalji yaşadan dostlara salam."