İsrailə "Avroviziya"da iştirak icazəsi verildi - 5 ölkə yarışmadan çəkildi

12:29 - 05 Dekabr 2025

İsrailə \"Avroviziya\"da iştirak icazəsi verildi - 5 ölkə yarışmadan çəkildi

Avropa Yayın Birliyinin (EBU) İsveçrənin Cenevrə şəhərində keçirilən 95-ci Baş Assambleyasında İsrailin "2026 Avroviziya" Mahnı Müsabiqəsində iştirakına icazə verildikdən sonra bir neçə ölkə yarışmadan çəkildiyini açıqladı.


Manset.az-ın məlumatına görə, EBU bildirib ki, üzvlər müsabiqənin səsvermə sistemində nəzərdə tutulan yenilikləri təsdiqləyib və yeni qaydalara əməl edəcək bütün EBU üzvləri 2026-cı il Avroviziyada iştirak hüququ qazanır. Toplantıda növbəti il üçün iştirakla bağlı ayrıca səsvermə keçirilməyib və üzvlərin əksəriyyəti yarışmanın əlavə təhlükəsizlik tədbirləri ilə planlandığı kimi davam etməsinə razılıq verib. Ölkələrin yekun iştirak siyahısı isə Milad bayramından əvvəl açıqlanacaq.

İspaniyanın dövlət yayımçısı RTVE, İsrail yarışmaya qəbul edilərsə, "Avroviziya"dan çəkiləcəyini əvvəlcədən bildirmişdi. İsrailə icazə verildikdən sonra RTVE yarışmadan rəsmi olaraq çəkildiyini açıqladı.

Belçika da müsabiqəyə qatılmayacağını bildirib, lakin yarışmanı yayımlayacağını qeyd edib. Bununla belə, Belçikanın "Avroviziya"da təmsil olunub-olunmayacağına RTBF yaxın günlərdə qərar verəcək.

İrlandiyanın RTE yayımçısı da gələn il "Avroviziya"da iştirak etməyəcəyini rəsmən elan edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az