ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Ruanda və Konqo Demokratik Respublikası arasında sülh sazişi imzalanıb.
Manset.az xəbər verir ki, ABŞ Sülh İnstitutunda keçirilən mərasimə KDR Prezidenti Feliks Tshisekedi, Ruanda Prezidenti Pol Kagame və region ölkələrindən nümayəndələr qatılıb.
Tramp çıxışında iki ölkə liderinə təşəkkür edərək, onilliklərdir davam edən münaqişənin sona çatmasından məmnun olduğunu bildirib. O, bu müharibədə 10 milyondan çox insanın həlak olduğunu vurğulayaraq, imzalanan sazişin KDR və Ruanda arasında yeni əməkdaşlıq dövrü açacağını deyib.