"Ukrayna münaqişəsinin həlli yaxınlaşır" - Tramp

22:41 - 05 Dekabr 2025

\"Ukrayna münaqişəsinin həlli yaxınlaşır\" - Tramp

Ukrayna münaqişəsinin həlli yaxın perspektivdə mümkündür.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Con Kennedi İncəsənət Mərkəzində - 2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimində bildirib.

“Mən səkkiz müharibəni dayandırmışam və doqquzuncu yaxınlaşır. Heç kim bunu etməyib”, – Tramp bildirib.

Dekabrın 4-də də o, Ukraynada münaqişənin həll olunacağına əmin olduğunu demişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az