Londan hava limanında oğurluq - 21 nəfər xəsarət aldı

23:18 - 07 Dekabr 2025

Londan hava limanında oğurluq - 21 nəfər xəsarət aldı

Londonun (İngiltərə) Hitrou hava limanında baş verən oğurluq hadisəsində xəsarət alan 21 nəfər həkimlərə müraciət edib.


Manset.az TASS-a istinadən xəbər verir ki, hava limanında çamadan oğurluğu zamanı bibər qazı istifadə edilib.

Polisin məlumatına görə, yaralananlar arasında üç yaşlı qız da var. Beş nəfər əlavə müayinə üçün xəstəxanaya aparılıb. Onların həyatı təhlükədə deyil.

Məlumata görə, dörd kişidən ibarət qrup bir qadının çamadanını oğurlayıb. İnsident avtomobil dayanacağındakı liftdə baş verib, liftdəki və ətrafındakı insanlar xəsarət alıblar.

Polis hadisəni araşdırır. 31 yaşlı kişi cinayətdə iştirak şübhəsi ilə saxlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az