Vanqanın 2026 ilə bağlı ŞOK KƏHANƏTLƏRİ 

10:45 - 08 Dekabr 2025

Vanqanın 2026 ilə bağlı ŞOK KƏHANƏTLƏRİ 

Balkanların məşhur kahini Baba Vanqanın 2026-cı ilə dair ortaya atıldığı iddia edilən yeni öngörüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Vanqanın “Yer kürəsi nəhəng bir aparatda gələn fərqli sivilizasiya ilə ilk birbaşa təmas quracaq. Bu təmas böyük bir idman tədbiri zamanı baş verəcək” sözləri, dərhal 2026 FIFA Dünya Kubokunu gündəmə gətirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, gerçəkləşib-gerçəkləşməyəcəyi naməlum olan bu xəbər artıq gündəmin ən çox danışılan mövzularından birinə çevrilib.

Vanqaya aid edilən öngörmələr arasında ən çox müzakirə doğuran məqam, Yer planetinin nəhəng bir uçan aparatla gələn naməlum bir sivilizasiya ilə ilk dəfə təmas quracağı iddiasıdır. Bu təmasın böyük bir idman yarışının gedişi zamanı baş verəcəyi bildirildikdən sonra sosial şəbəkələrdə çoxları bu fikri 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə keçirəcəyi Dünya Kuboku ilə əlaqələndirib.

Turnirin qlobal təsiri, milyardlarla insanın eyni vaxtda izləyəcəyi bir tədbir olması və son illərdə artan UFO müzakirələri bu iddianın daha geniş şəkildə gündəmə daşınmasına yol açıb. Lakin elm ictimaiyyəti bu fikirlərin heç birinin elmi cəhətdən sübut edilə bilmədiyini qəti şəkildə vurğulayır.

Vanqaya aid edilən başqa bir öncəgörməyə əsasən, bəşəriyyət texnologiya sahəsində həlledici bir mərhələni keçəcək. Süni intellektin müstəqil qərarvermə imkanları qazanacağı və bunun nəzarətdənkənar nəticələr doğura biləcəyi iddiası mütəxəssislər arasında da müxtəlif mübahisələrə səbəb olur.

Vanqanın 2026-cı ilə dair digər iddiası isə tibbdə böyük bir sıçrayışın baş verəcəyi ehtimalıdır. Süni orqanların geniş şəkildə istehsalına başlanılması ilə insan ömrünün 120 ilə qədər uzana biləcəyi iddiası elmi çevrələrdə birmənalı qarşılanmasa da, ictimai marağı üzərinə çəkməyi bacarıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az