Avtobus aşdı - Yaralılar var

11:01 - 08 Dekabr 2025

Avtobus aşdı - Yaralılar var

Osmaniyənin Düziçi rayonunda yağıntının təsiri ilə sürüşkən yolda aşıb qəzaya uğrayan sərnişin avtobusunda 3 nəfər yaralanıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə, axşam saat 19:50 radələrində Osmaniye - Gaziantep D-400 avtomobil yolunun Kanlı Keçid adlanan ərazisində baş verib. Əldə olunan məlumata görə, yağış səbəbindən sürüşkənləşən yolda idarəetmədən çıxan, sürücüsü hələlik müəyyən olunmayan sərnişin avtobusu aşıb və qəza baş verib.

Hadisəni görənlərin məlumat verməsindən sonra hadisə yerinə çoxsaylı təcili tibbi yardım, yanğınsöndürən və polis əməkdaşları cəlb edilib. Aşan avtobusdakı 3 yaralıya tibbi yardım göstərildikdən sonra, onlar yaxınlıqdakı xəstəxanalara aparılıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az