İstanbulun Çekməköy qəsəbəsində bir evdə keçirilən narkotik əməliyyatı zamanı polisə atəş açılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, açılan atəş nəticəsində Xüsusi Hərəkət Şöbəsinin əməkdaşı polis əməkdaşı Emre Albayrak yaralandı.
ağır yaralanan polis əməkdaşı Emre Albayrak xəstəxanaya aparıldı və müalicəyə alınıb. Lakin, xəstəxanadakı bütün müdaxilələrə baxmayaraq, polis əməkdaşı Emre Albayrak şəhid olub.