Türkiyənin Samsunspor komandasının ulduz futbolçusu Antoni Musabanın istifadə etdiyi avtomobil hərəkətdə olarkən alışıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara prospektində, Samsunspor futbolçusu Antoni Musabanın idarə etdiyi 34 DAE 333 nömrəli kirayə avtomobilinin mühərrik hissəsindən alov qalxıb.
Hadisə barədə məlumat verildikdən sonra hadisə yerinə cəlb olunan Böyükşəhər Bələdiyyəsinin Yanğından Mühafizə İdarəsi əməkdaşları alovu qısa müddət ərzində söndürməyi bacarıblar. Musaba və onun ailəsinin avtomobildə olduqları, daha sonra taksi ilə hadisə yerindən ayrıldıqları bildirilib. Alovlanan avtomobil istifadəyə yararsız hala düşüb.