Dünyanın ən çox satılan 10 avtomobili

16:20 - 08 Dekabr 2025

Dünyanın ən çox satılan 10 avtomobili

2025-ci ilin ilk doqquz ayına dair qlobal avtomobil satış statistikaları açıqlanıb. Elektrikli modellərin artan populyarlığına baxmayaraq, Tesla Model Y bu il zirvəyə çıxa bilməyib. Lakin siyahının ilk sırasında yer alan model bir çox avtomobil həvəskarını təəccübləndirib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2025-ci ilin ilk doqquz aylıq satış məlumatlarına görə, Toyota RAV4, dünya miqyasında ən çox seçilən avtomobil titulunu qoruyub. Keçən ilə nisbətən 1,5% artım əldə edən model, qlobal bazarda 2,5%-lik payını saxlayıb. "Focus2Move" tərəfindən toplanan verilərə əsasən, dünya üzrə ən çox satan 10 modelin siyahısı aşağıdakı kimidir:

10. Kia Sportage

9. Toyota Hilux (pickup)

8. Hyundai Tucson

7. Toyota Camry

6. Chevrolet Silverado (pickup)

5. Honda CR-V

4. Tesla Model Y

3. Ford F-Series (pickup)

2. Toyota Corolla

1. Toyota RAV4


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az