2018-ci ildə evlənən Hailey Baldwin və Justin Bieber cütlüyü, keçən il oğulları Jack Blues-u qucaqlarına almışdılar. 1,5 il ərzində uşaqlarının üzünü gizli saxlayan cütlüyün oğlunun üz görüntüsü ilk dəfə kameralara əks olundu. Jack Blues, atasına olan bənzərliyi ilə hər kəsi təəccübləndirdi.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur müğənni Justin Bieber ilə 2018-ci ildə evlənən model Hailey Baldwin, keçən ilin may ayında hamilə olduqlarını açıqlamışdı. Justin Bieber və model Hailey Baldwin Bieber cütlüyünün uşağı 22 avqustda dünyaya gəlib.