İngiltərədə yeni H3N2 qrip epidemiyasının yaratdığı narahatlıqdan sonra İspaniyada da qorxulu hadisələr yaşanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, vətəndaşların sayının sürətlə artması ilə xəstəxanalarda xaos yaranmağa başlayıb və mütəxəssislər virusu nəzarətə almaqda çətinlik çəkir. Xəstələr günlərlə çarpayı gözləyərkən, bölgədən gələn görüntülərdə insanların koridorlarda yatmağa məcbur olduqları müşahidə edilir.
İngiltərə, ölkəni bürüyən yeni H3N2 qrip epidemiyasının təsiri altında çətin bir dövr keçirərkən, xəstəxanaların təcili xidmətlərinin dolması səbəbindən narahatlıq siqnalı vermişdi.