Tətil üçün getdiyi ölkədə kabus yaşadı - FOTO

14:27 - 09 Dekabr 2025

Tətil üçün getdiyi ölkədə kabus yaşadı - FOTO

Avstraliyada yaşayan 31 yaşında və 3 uşaq anası olan Chloe Mowday tətildə olduğu Vietnamın Da Nang şəhərində burun və göz qapağı estetiki etdirmək üçün əməliyyat masasında həyatının kabusunu yaşayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, orqanları iflas edən gənc qadın intensiv terapiya şöbəsində həyat mübarizəsi aparır.

Qərbi Avstraliyanın Perth şəhərindən olan üç uşaq anası 31 yaşlı Chloe Mowday ailəsi ilə birlikdə Cənub-Şərqi Asiyada dünya turu etmək üçün səyahətə çıxarkən Vietnamın Da Nang şəhərində kiçik estetik əməliyyatlar etdirmək üçün qeydiyyatdan keçmişdi.

Ailəsi ilə birlikdə Honkonq və Sinqapura getmədən əvvəl, ənənəvi olaraq təhlükəsiz sayılan iki əməliyyat – burun estetikası və göz qapağı estetikası etdirməyi planlaşdırmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az