"NATO heç vaxt genişlənməyə söz verməyib".
Manşet.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Hətta təşkilatımızın təsis müqaviləsində də yazılıb ki, hər bir Avropa ölkəsi alyansa üzv ola bilər. İkincisi, 1970-1990-cı illərin Helsinki Yekun Aktı, Paris Xartiyası, NATO-Rusiya Əsas Qanunu kimi bir çox sənədlər var. Bu sənədlər açıq şəkildə göstərir ki, hər bir ölkə öz gələcəyini müəyyən etməkdə azaddır”, - o əlavə edib.