"Qalatasaray"a tarixi cəza

13:17 - 12 Dekabr 2025

\"Qalatasaray\"a tarixi cəza

Türkiyə Futbol Federasiyası (TFF) Peşəkar Futbol Disiplin Komitəsinin (PFDK) qərarları çərçivəsində "Qalatasaray"a 5 milyon 200 min Türk lirəsi klubun vitse-prezidenti Abdullah Kavukcuya isə 3 milyon Türk lirəsi məbləğində cərimə tətbiq edib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, əlavə olaraq, Kavukcu haqqında 45 gün müddətinə məşq və oyunlarda iştirak etmə qadağası qərarı verilib.

Sarı-qırmızı rəngli klubun stadionunda yerləşən 8 tribunalara da bağlanma cəzası tətbiq olunub. Beşiktaşa 3 milyon 700 min Türk lirəsi, "Fənərbağça"ya 760 min Türk lirəsi, "Trabzonspor"a isə 400 min Türk lirəsi cərimə qoyulub. Türkiyə Futbol Federasiyası, Peşəkar Futbol Disiplin Komitəsinin son qərarlarını açıqlayıb. PFDK qərarları çərçivəsində "Qalatasaray"a verilən yüksək cəza diqqət çəkib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az