Türkiyənin Adana şəhərində qəribə hadisə baş verib. Adanalı Muhittin Çiçeklibağ, sevgilisi tərəfindən "hamiləyəm" sözünü eşitdikdən sonra onunla evlənib. Lakin gəlin toydan altı gün sonra hələ rəsmi nikah bağlanmadan taxdığı bəzi qızılları alıb qaçıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çiçeklibağ daha sonra qadının 10 yaşında bir uşağının olduğunu və hamiləlik vəziyyətinin yalan olduğunu öyrənib. Qürurunun incidiyini bildirən gənc, "Hər kəs evlənəcəyi şəxsin e-Devlet hesabına baxsın" - deyib.
Qeyd edək ki, 27 yaşlı Muhittin Çiçeklibağ yay aylarında Adanadan Muğlanın Bodrum bölgəsinə oteldə işləmək üçün gedib. Burada çalışdığı oteldə 29 yaşlı S.B. ilə tanışan gənc, onunla görüşməyə başlayıb.