İngiltərədə 382 mindən çox şəxsin evsiz olaraq qeydə alındığı, bu sayının son bir ildə 8 faiz artdığı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə evsizlərə sığınacaq və məsləhət xidməti verən "Shelter" adlı yardım təşkilatı, hökumətdən əldə etdiyi məlumatlar əsasında ölkədəki evsizliklə bağlı ətraflı hesabat yayıb.
Hesabatda, ölkədə 175 mindən çoxu uşaq olmaqla, ümumilikdə 382 min 618 nəfərin evsiz olduğu bildirilərək, "Rəsmi olaraq 'evsiz' olaraq təyin olunan şəxslərin sayı son bir ildə inanılmaz dərəcədə, 8 faiz artdı" ifadəsi yer alıb.
Hesabatda həmçinin, hazırda İngiltərədə hər 153 nəfərdən 1-nin evsiz olduğu qeyd edilib, çoxu uşaqla olan ailələrdən ibarət 350 min nəfərdən çox şəxsin müvəqqəti sığınacaq yerlərində qalmağa məcbur olduğu və bunun "bu vaxta qədər qeydə alınmış ən yüksək say" olduğu vurğulanıb.