NATO-nun Baş katibi Mark Rutte İttifaqın Rusiyanın növbəti hədəfi olduğunu və bunun bir çox ölkə tərəfindən kifayət qədər ciddiyə alınmadığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mark Rutte Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Berlində Almaniya Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən paneldə çıxış edib.
Rutte Rusiyanın gələcək beş il ərzində bir ittifaq ölkəsinə hücum edə biləcəyini bildirərək "Böyükbabalarımızın və ya nənələrimizin yaşadığına bənzər bir müharibəyə hazır olmalıyıq" ifadəsini də istifadə edib.
Qərb kəşfiyyat xidmətləri, Rusiyanın bu yöndə bir hədəf güddüyünü qeyd edir. Moskva isə bu cür açıqlamaları histeriya olaraq qiymətləndirir. Ancaq oxşar fikirlər 2022-ci il Ukrayna işğalı ərəfəsində də Kreml tərəfindən dilə gətirilmişdi.