Bursada 20 yaşlı hüquq fakültəsi tələbəsinin, ev almaq istəyən vətəndaşlara qurduğu tələ şok yaradıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxta sayt vasitəsilə insanları aldadan gənc qız 10 gün davam edən izləmə nəticəsində yaxalanıb. Hüquq fakültəsinin ikinci kurs tələbəsinin ifadəsi də təəccübləndirici olub.
Belə ki, hüquq fakültəsinin ikinci kurs tələbəsi E.A., internetdə saxta bir TOKİ müraciət saytı yaradıb. Ev sahibi olacağına inanan çox sayda vətəndaş, müraciətlərinin etibarsız olduğunu anlayınca saytda göstərilən nömrəyə zəng ediblər. E.A. bu dəfə zərərçəkənlərə "Müraciətiniz dayandırıldı, izah etmədiyiniz üçün yenidən ödəniş etməniz lazımdır" deyərək ikinci dəfə onları aldadıb. Aldandığını anlayan vətəndaşlar yenidən zəng etdikdə, gənc qadının "Polisə şikayət edin, mənim yuxum gəlir, yatmaq vaxtımdır" - deyərək telefonu bağladığı məlum olub.
Şikayətlər üzərinə Bursa Baş Prokurorluğunun göstərişi ilə hərəkətə keçən Bursa İl Polis İdarəsi Kibercinayətlərlə Mübarizə Şöbəsi, şübhələnin Telegram üzərindən yaratdığı link vasitəsilə mağdurlara çatdığını müəyyən edib. Təxminən 10 günlük texniki və fiziki izləmənin ardından həyata keçirilən əməliyyatla E.A. saxlanılıb.
Şübhələnin bir dostu ilə etdiyi danışıqda "Onlar ev almaq üçün müraciət edir, amma biz onların puluyla ev sahibi olacağıq" - dediyi aşkarlanıb. Polis əməliyyatı nəticəsində E.A., məhkəməyə çıxarılıb və həbs edilib. E.A.-nın əlaqədə olduğu şəxslərin də araşdırıldığı bildirilib.
Hadisə ilə bağlı indiyə qədər 53 nəfərin rəsmi müraciət etdiyi bildirilmiş, başvurmayan mağdurlardan isə kibercinayət polisinə müraciət etmələri xahiş edilib.