Hindistanın Qərbi Bengal ştatının paytaxtı Kalküta Lionel Messiyə həsr olunmuş dünyanın ən yüksək heykəlini açmağa hazırlaşır.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, dəmirdən inşa ediləcək və 70 fut (20 metrdən çox) hündürlüyə sahib olacaq bu heykəl, Argentina ulduzunun Hindistana gəlişi şərəfinə açılacaq. Heykəl şəhərdəki bir idman klubu tərəfindən inşa edilib.
Lake Town məhəlləsində yerləşən əsər Dünya Kubokunu qazanan Lionel Messini təsvir edir. Heykəl təxminən 40 gündə tamamlanıb, amma son rötuşlar hələ də davam edir. Açılış, Messinin Hindistana etdiyi səfərin başlanğıcını simvolizə edəcək. Bu səfər, ulduz futbolçunun "GOAT Tour" adlı turu çərçivəsində reallaşır və Messi üç gün ərzində ölkənin bir neçə mühüm şəhərini gəzəcək: əvvəlcə Kalküta, sonra Haydarabad, Mumbay və Yeni Delhi. Messi artıq Kalkütaya çatıb.