"Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil" - Ərdoğan

15:41 - 13 Dekabr 2025

\"Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil\" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqəsində sülhün uzaqda olmadığını deyib.


Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlaması zamanı danışıb.

Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşünün dərin məzmunlu keçdiyini qeyd edib:

"Görüş zamanı sülh səylərini müzakirə etdik. Türkiyənin bu məsələdə harada dayandığını bütün aktorlar kimi Vladimir Putin də çox yaxşı bilir. Biz bu müharibənin artıq çoxdan bitməli olduğunu düşünürük və bunu bütün tərəfdaşlarımıza açıq şəkildə deyirik", - o deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az