Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat - VİDEO

19:26 - 13 Dekabr 2025

Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat - VİDEO

Rusiya xüsusi təyinatlı polis dəstəsi (SOBR) Voronej vilayətində Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib.


Manset.az APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində bir neçə diaspor üzvü saxlanılıb.

Rusiya mediasının yazdığına görə, saxlanılan arasında Niyaz Zahidov adlı şəxs var. Onun kriminal aləmin üzvü olduğu və Alekseyevski bazarına nəzarət etdiyi qeyd olunub.

Zahidovun Rusiya Federasiyası pasportunun əlindən alındığı və qanunsuz miqrantların saxlanılma məntəqəsinə göndərildiyi bildirilib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az