ABŞ-də universitetdə atışma - Ölənlər var

11:19 - 14 Dekabr 2025

ABŞ-də universitetdə atışma - Ölənlər var

ABŞ-nin Rod-Aylend ştatında yerləşən Providens şəhərində Braun Universitetinin kampusunda baş verən silahlı insident faciə ilə nəticələnib.


Manset.az xəbər verir ki, atışma nəticəsində azı iki nəfər həyatını itirib, daha doqquz nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Şəhərin meri Brett Smayli mətbuat konfransında hadisə zamanı iki nəfərin öldüyünü rəsmən təsdiqləyib. Onun sözlərinə görə, yaralananların bir neçəsinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Hadisənin motivləri və silahlı insidentin dəqiq səbəbləri hələlik açıqlanmır. Braun Universitetinin kampusunda təhlükəsizlik tədbirləri gücləndirilib, istintaq davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az