Dünyaca məşhur pop ulduzu Taylor Svift, 36-cı doğum günü ərəfəsində konsert səfərində çalışan heyətə payladığı yüksək məbləğdə bonusla gündəmə gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, iki il davam edən konsert səfəri ərzində rəqqaslar, musiqiçilər, yük maşını sürücüləri, iaşə və təhlükəsizlik əməkdaşları bonus alıblar.
Konsert səfərinin Şimali Amerika mərhələsindən sonra 55 milyon dollar, səfər 2024-cü ilin dekabrında Vankuverdə başa çatdıqda isə ümumi bonus məbləği 197 milyon dollara çatıb.
Svift bildirib ki, səfərdə çalışanlar çox zəhmət çəkir və gəlir artdıqca onların bonusları da artır.