2024-cü ildə Suriyadan qaçan Başar Əsədin Rusiyanın paytaxtı Moskva şəhərində ailəsi ilə birlikdə yeni bir həyat qurduğu bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, izolyasiya olunmuş və sakit bir həyat tərzi sürən Əsədin təhsilini davam etdirərək əvvəlki peşəsi olan oftalmologiyaya (göz xəstəlikləri) qayıtdığı qeyd edilib.
Həmçinin, rus dili dərsləri də aldığı və Moskvanın lüks yaşayış bölgələrindən biri olan Rublyovkada yaşadığı bildirilir.