Nigeriyada “Peyğəmbər İremya” kimi tanınan Jeremiah Fufeyin 104 yaşında həyatını itirən anasını tamamilə qızıl örtüklü tabutla son mənzilə yola salıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriyada “Peyğəmbər İremya” kimi tanınan məşhur vaiz Jeremiah Fufeyin 104 yaşında vəfat edən anasını qızıl örtüklü tabutda dəfn etməsi sosial mediada geniş müzakirələrə səbəb olub. Mama Asetu adı ilə tanınan yaşlı qadın 2025-ci ilin may ayında dünyasını dəyişib və dekabr ayında doğma Bayelsa ştatının Aleibiri qəsəbəsində torpağa tapşırılıb.
Olduqca dəbdəbəli keçirilən dəfn mərasimi ölkə daxilində və sosial şəbəkələrdə böyük əks-səda doğurub.