Belarus hakimiyyəti arasında Nobel Sülh Mükafatı laureatı Ales Belyatski və müxalif siyasətçi Mariya Kolesnikovanın da olduğu 123 nəfəri azadlığa buraxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ ilə əldə olunan razılaşmanın nəticəsi kimi qiymətləndirilən bu addım Belarus lideri Aleksandr Lukaşenko üçün mühüm siyasi qazanc hesab olunur.
Belarus prezidenti Aleksandr Lukaşenko müxtəlif ölkələrin vətəndaşları olan 123 məhbusu əfv edib. Azad edilənlər sırasında Belarus müxalifətinin tanınmış simalarından Mariya Kolesnikova, həmçinin 2022-ci il Nobel Sülh Mükafatının sahibi, insan hüquqları müdafiəçisi Ales Belyatski də yer alır. Bu qərar ABŞ-ın Belarusun kalium sənayesinə tətbiq etdiyi sanksiyaları ləğv etməsindən sonra verilib.
Ales Belyatski də ABŞ-ın keçmiş prezidenti Donald Trampın xüsusi nümayəndəsi Con Koalın Minskdə apardığı danışıqlardan sonra azad edilən şəxslər arasında olub. Vaşinqton gübrə istehsalında əsas xammal sayılan və Belarus ixracında mühüm paya malik kalium məhsullarına qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasına razılıq verib. Belarus Ukrayna müharibəsində Kremlin ən yaxın müttəfiqlərindən biri kimi tanınır.