Elm adamları Bermud adasının altında "Dünyada bənzəri olmayan" nəhəng bir qayalıq quruluşu kəşf edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu sirli quruluşun adanın 31 milyon ildən bəri açıqlanmayan geoloji sirrini açığa çıxara biləcəyi bildirilib.
Bermud Üçbucağı, dünyanın ən böyük sirlərindən biri olaraq qəbul edilir, amma elm adamları bu bölgədə daha da heyrətamiz bir kəşfə imza atıblar.
Tədqiqatçılar Bermud adasının altında yerləşən və təxminən 20 kilometr qalınlığa sahib bu qayalıq qatının, indiyə qədər planetin heç bir yerində müşahidə edilmədiyini vurğulayıblar.
Aparılan kəşfın, adanın ən böyük geoloji sirrini çözməyə kömək edə biləcəyi qeyd edilib.
Bermud, "okean qabığı şişkinliyi" olaraq bilinən və onu əhatə edən okean dibindən daha yüksək bir ərazidə yerləşir. Belə quruluşlar adətən vulkanik fəaliyyətdən qaynaqlanır, lakin Bermuda adasının geologiyasını izah edəcək aktiv bir vulkanın izi hələ də tapılmayıb.