Tramp BBC-ni məhkəməyə verdi

17:37 - 16 Dekabr 2025

Tramp BBC-ni məhkəməyə verdi

ABŞ Prezidenti Donald Tramp 6 yanvar 2021-ci il tarixli çıxışının "Panorama" sənədli filmində yayımlanan montajı səbəbi ilə BBC-yə 5 milyard dollarlıq mülkiyyət iddiası qaldırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Florida ştatında açılan davaya dair sənədlərə görə, Trump BBC-ni böhtan atmaq və kommersiya tətbiqatları qanununu pozmaqla ittiham edib.

BBC ötən ay Trumpdan üzr istəyib, lakin təzminat tələblərini rədd edib və "böhtan davası üçün heç bir əsas olmadığını" bildirib. Trumpın hüquq komandası BBC-ni "çıxışını qəsdən, pis niyyətlə və aldatıcı şəkildə təhrif edərək" ona böhtan atmaqda ittiham edib. BBC hələ də davaya cavab verməyib.

Trump ötən ay 2024-cü ilin ABŞ seçkilərindən əvvəl İngiltərədə yayımlanan sənədli film səbəbindən BBC-yə qarşı məhkəmə qaldırmağı planlaşdırdığını bildirmişdi.

14 noyabr cümə axşamı jurnalistlərə açıqlama verən Trump, "Böyük ehtimalla gələn həftə ərzində 1 milyard ilə 5 milyard dollar arasında təzminat tələb edərək məhkəməyə verəcəyik" dedi.

BBC nümayəndəsi, 13 noyabrda verdiyi açıqlamada şirkətin hüquqşünaslarının Trumpın hüquq komandasına məktub yazdığını, həmçinin BBC İdarə Heyətinin Sədri Samir Shahın da Ağ Evə şəxsi məktub göndərdiyini bildirib.

Açıqlamaya görə, Shah həmin məktubda Prezident Trumpa, özünün və təşkilatının 6 yanvar 2021-ci il tarixli çıxışının montajına görə üzr istədiyini açıq şəkildə ifadə edib.

BBC, söz mövzusu sənədli filmdə çıxışın montajının istəmədən "Prezident Trumpın şiddət əməllərinə birbaşa çağırış etdiyi barədə yanlış bir təəssürat yaratdığını" etiraf edib.

Birləşmiş Krallıq mərkəzli media qurumu, həmin proqramın bir daha yayımlanmayacağını da əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az