Son dövrlərdə karyerasında sürətli yüksəliş yaşayan gözəl aktrisa Hande Erçelin Londona köçəcəyi ilə bağlı iddialar irəli sürülüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, xaricdə yaşamağı planlaşdırdığı iddia edilən Hande Erçelin Londona 200 milyon lirə dəyərində bir mənzil aldığı gündəmə gəlib.
Hakan Sabancı ilə üç illik münasibətini bu ilin əvvəlində bitirən gözəl aktrisa sosial mediada ən çox maraqla izlənilən məşhur simalardan biridir.
Şəxsi həyatı ilə yanaşı, son dövrlərdə xarici layihələrlə də diqqət çəkən Hande Erçelin Londona yüksək qiymətli bir əmlak investisiyası etdiyi iddia olunub.
Türkiyə telekanallarında yayımlanan "Gel Konuşalım" proqramında Hande Erçel haqqında təəccübləndirici iddialar səsləndirilib. Londrada yaşamağa qərar verdiyi iddia edilən məşhur aktrisanın, bir reklam çəkilişi üçün 30 milyon lirə aldığı da deyilib.