Ukrayna ilə ABŞ Mayamidə yenidən danışıqlar aparacaq

21:52 - 16 Dekabr 2025

Ukrayna ilə ABŞ Mayamidə yenidən danışıqlar aparacaq

Rusiya–Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması məqsədilə Ukrayna və ABŞ nümayəndə heyətlərinin növbəti görüşünün yenə Mayamidə baş tutacağı gözlənilir.


Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Dik Sxofla keçirdiyi birgə mətbuat konfransında deyib.

Zelenski bildirib ki, özü bu danışıqlarda iştirak etməyəcək.

“ABŞ-də Ukrayna ilə bağlı danışıqlar nümayəndə heyətləri səviyyəsində keçiriləcək. Düşünürəm ki, bu, yaxın günlərdə — ola bilsin həftəsonu, ya da bir qədər sonra baş verəcək”, — deyə o vurğulayıb.

Prezidentin sözlərinə görə, görüşdə təhlükəsizlik təminatları, Ukrayna iqtisadiyyatının bərpası və çərçivə sazişinin 20 maddəsi müzakirə olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az