Trampdan yeni addım - "Səyahət qadağası" bu ölkələrə də şamil olunacaq

15:15 - 17 Dekabr 2025

Trampdan yeni addım - \"Səyahət qadağası\" bu ölkələrə də şamil olunacaq

ABŞ-da Tramp administrasiyası hazırda 37 ölkəyə tətbiq edilən "səyahət qadağası"nı genişləndirmək qərarına gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ administrasiyası 5 ölkəni daha qadağa siyahısına əlavə edib. Ağ Evdən verilən yazılı açıqlamaya görə, Donald Tramp administrasiyası səyahət qadağalarını genişləndirən yeni bir addım atıb. Hal-hazırda 12 "yüksək riskli" ölkə siyahısında olan Əfqanıstan, Myanmar, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritre, Haiti, İran, Liviya, Somali, Sudan və Yəməndən gələn şəxslərə qarşı tam səyahət qadağası davam edəcək.

Bu ölkələrə əlavə olaraq, Suriya, Burkina Faso, Mali, Niger və Cənubi Sudan da səyahət qadağası tətbiq edilən ölkələr siyahısına daxil edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az