İtaliyanın şimalında yerləşən milli parkda 210 milyon il əvvələ aid minlərlə dinozavr ayaq izi tapılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu izlərin bəzilərinin ölçüsünün 40 sm-ə çatdığı qeyd edilib. Paralel sıralarda düzülmüş ayaq izlərinin əksəriyyətində barmaq və çənə izləri aydın şəkildə görünür.
Həmçinin, bu dinozavrların uzun boyunlu, kiçik başlı və kəskin çənəli ot yeyən prosauropod növünə aid olduğu ehtimal edilir.