İsrailin Baş naziri Benyamin Netanyahu Yəhudi-Xristian mədəniyyətinin və ABŞ-ın mövcudluğunun yəhudilərin keçmişdəki uğurlarına borclu olduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu yəhudilər tərəfindən Miladdan əvvəl II əsrdə Makkabilərin Helenizmə qarşı qazandığı zəfərin qeyd edildiyi Hanuka bayramı münasibətilə, işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əksaya bitişik Burak Divarı (Ağlama Divarı) önündə şam yandıraraq çıxış edib.
Verdikləri mübarizənin Yəhudi-Xristian ənənəsinin ortaq mübarizəsi olduğunu irəli sürən Netanyahu, "Makkabilər uğursuz olsaydı, yəhudilik olmazdı. Yəhudi-Xristian mədəniyyəti olmazdı. ABŞ olmazdı" - deyə qeyd edib.