Qış aylarında günəş işığının azalması, qış kədəri ilə birlikdə depressiyaya səbəb olur. Mütəxəssislər, bu depressiyadan çıxmaq üçün gün işığından mümkün qədər faydalanmağın vacib olduğunu vurğulayırlar.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, mövsümi depressiyanın yaranmasında ən güclü nəzəriyyə, günəş işığının miqdarının azalmasının beyin kimyasını təsir etməsidir. Günəş işığının azalması, beyində duyğuların vəziyyəti, yuxu və iştahı tənzimləyən serotonin və melatonin kimi hormonların balansını pozur. Türkiyəli professor, Ruh Sağlığı və Xəstəlikləri Ana Elmi Bölməsinin rəhbəri Hasan Belli qış depressiyasına qarşı əhəmiyyətli məlumatlar verib.
Prof. Dr. Belli, mövsümi depressiyanın "klinik olaraq mövsümi dövrlərlə əlaqəli depressiya" olaraq adlandırıldığını qeyd edərək, belə deyib: "Mövsümi depressiyanın əsas xüsusiyyəti, depressiya əlamətlərinin ilin müəyyən dövrlərində, adətən payız və qış aylarında başlaması, digər mövsümlərdə isə simptomların ya tamamilə keçməsi, ya da pozğunluğun şiddətinin artmamasıdır. Bu təbii gedişat, prosesin günəş işığı ilə birbaşa əlaqəli olduğunu göstərən ən böyük dəlildir. Bu vəziyyət sadəcə 'özünü pis hiss etməklə' izah edilmir, gündəlik fəaliyyətləri pozacaq dərəcədə klinik bir tablo ilə müşayiət olunur".
Prof. Dr. Belli mövsümi depressiyanın xalq arasında daha çox "qış depressiyası" və ya "qış hüznü" olaraq bilindiyini də söyləyib.
"Çünki hallarının böyük əksəriyyəti payız və qış aylarında müşahidə edilir. Lakin mövsümi depressiyanın nadir hallarda 'yay tipi' də mövcuddur" - deyə fikirlərinə əlavə edib.